İlk dəfə Fond 26 iyun 1997-ci il tarixində “Sahibkarlığa Kömək Fondu” adı ilə təsis edilmişdir.
2002-ci ildə Nazirliyin strukturunda aparılan dəyişikliklər nəticəsində yeni idarəetmə və maliyyələşmə mexanizmi tətbiq olunmuşdur.
2009-cu ildə yeni Əsasnamə və prosedur qaydaları təsdiq edilmişdir.
2018-ci ildə Sahibkarlığa Kömək Fondunun bazası əsasında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsi yaradılmışdır.
2024-cü ildə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fonduna inteqrasiya çərçivəsində Fondun Müşahidə Şurası təsis edilmiş, strukturu formalaşdırılmış, Nizamnaməsi və qaydaları təsdiqlənmişdir.
Fondun başlıca fəaliyyət istiqamətlərinə daxildir:
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək;
Sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək;
Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq;
Sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək.